Yaponiya Ukraynadan zərbə dronları almaq istəyir

Yaponiya Ukraynadan zərbə dronları almaq istəyir Dünya

Yaponiya Ukraynada istehsal olunan zərbə dronlarının alınması imkanını araşdırır.

News24.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Bildirilib ki, tərəflər yaxın vaxtlarda silahların ötürülməsi və məxfi texnologiyaların qorunması ilə bağlı saziş imzalaya bilərlər.

Məlumata görə, Ukrayna Tokio ilə müdafiə texnologiyalarının mübadiləsində maraqlıdır. Rəsmi Kiyev bu əməkdaşlıq çərçivəsində Yaponiyanın təklif edə biləcəyi silah və texnologiyalar müqabilində öz hərbi texnologiyalarını bölüşməyi planlaşdırır.