Yarış avtomobili tamaşaçıların üzərinə çırpıldı - 4 ÖLÜ
Dünya
Macarıstanın şimalında yarış zamanı avtomobilin yoldan çıxaraq tamaşaçıların üzərinə çırpılması nəticəsində 4 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Polis yarış maşınının yoldan çıxaraq tamaşaçıların üzərinə düşməsini təsdiqləyib. Qəzanın səbəbi hələlik məlum deyil.