Yaxın Şərqdə yeni güc: Ukrayna komandaları yerləşdirildi

Yaxın Şərqdə yeni güc: Ukrayna komandaları yerləşdirildi Dünya

“Şahed” pilotsuz uçuş aparatlarının qarşısını almaq üzrə ixtisaslaşmış ukraynalı ekspertlər artıq Fars körfəzi bölgəsinə gəliblər.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.

Onun sözlərinə görə, söhbət 201 ukraynalı mütəxəssisdən gedir.

“Onlar necə müdafiə olunmağı və “Şahed”lərə qarşı necə mübarizə aparmağı bilən hərbi ekspertlərdir. Komandalarımız artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanındadır, həmçinin Küveytə də yollanırlar”, – deyə o qeyd edib.

O əlavə edib ki, daha 34 nəfər göndərilməyə hazırlaşır.

“Əgər “Şahed”i Əmirliklərdə dayandırmaq lazımdırsa – bunu edə bilərik. Əgər Avropada dayandırmaq lazımdırsa – bunu edə bilərik”, – Zelenski bildirib. (UNİAN)