Yekaterinburqda öldürülən azərbaycanlı qardaşların nəşləri yenidən ekspertizaya göndəriləcək

Yekaterinburqda öldürülən azərbaycanlı qardaşların nəşləri yenidən ekspertizaya göndəriləcək Dünya


İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə keçirdiyi basqın zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının nəşləri yenidən ekspertizaya göndəriləcək.

Bu barədə News24.az-a açıqlamasında onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Onun sözlərinə görə, ailə üzvləri Rusiya tərəfinin təqdim etdiyi ekspertiza nəticələrinə inanmırlar. S.Hüseynli bildirib ki, qardaşlarının FTX tərəfindən iddia edildiyi kimi həyəcandan ölməsi versiyası onlar üçün inandırıcı deyil və əlavə tibbi araşdırmaya ehtiyac var.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatın detalları hələlik rəsmi şəkildə açıqlanmayıb.