“Yəməndə 7,1 milyon nəfərdən çox qadın zorakılıqdan əziyyət çəkir” - BMT-DƏN HƏYƏCAN TƏBİLİ

“Yəməndə 7,1 milyon nəfərdən çox qadın zorakılıqdan əziyyət çəkir” - BMT-DƏN HƏYƏCAN TƏBİLİ Dünya
“Yəməndə 7,1 milyon nəfərdən çox qadın zorakılıqdan əziyyət çəkir”.

News24.az-ın məlumatına görə, bunu ABŞ-ın qurumdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib. 

O, deyib ki, həmin statistikaya azyaşlı qızlar da daxildir. 

Daimi nümayəndə eyni zamanda adı çəkilən ölkədə həlak olan humanitar missiyanın üzvü Moayd Hamedinin ailəsinə başsağlığı verib. 
L. Qrinfild bəyan edib ki, Yəməndə terrorçularla mübarizəni uğurla bitirmək üçün maliyyə dəstəyinə ehtiyac var. 
Onun fikrincə, sülh missiyasına edilən hücum bütövlükdə bəşəriyyətə yönəlib. 

O, daha sonra adı çəkilən ölkədə terrorla mübarizə tədbirlərini başa çatdırmaq üçün əlavə olaraq 22 milyon dollar vəsait tələb olunduğunu bildirib. Həmçinin bütün maraqlı tərəfləri sözü gedən məbləğin ayrılması üçün səfərbər olmağa çağırıb:

“Biz bu yolda ilk gündən bərabər addımladığımız, eləcə də terrorla mübarizədə maraqlı olan tərəfləri bu vəsaitin ayrılmasına çağırırıq. Sözü gedən məbləğ ilk növbədə humanitar məqsədlərə sərf olunacaq. Bir qədər əvvəl Səudiyyə Ərəbistanı Yəmənə 1,2 milyard dollar ayırdığını bildirib. Biz bunu alqışlayırıq. Sülh missiyası ilə həmin ölkədə olan BMT əməkdaşlarına hücumu qətiyyətlə pisləyirik.  Bizim regionda apardığımız monitorinq göstərdi ki, yalnız dayanıqlı sülh və sabitlik Yəmən xalqının problemlərini həll edə bilər. Bu yaxında 40-dan çox ictimai təşkilat Ədalətin və atəşkəsin təmin olunması haqqında bəyannamə imzaladı. İnanırıq ki, bu, regiona sülh gətirən addım olacaq”.

Fərid Azəri