“Yeməyin!” xəbərdarlığı verildi: Məşhur cipslər rəflərdən yığışdırıldı

“Yeməyin!” xəbərdarlığı verildi: Məşhur cipslər rəflərdən yığışdırıldı Dünya

Böyük Britaniyada iki məşhur cips növü haqqında “yeməyin” xəbərdarlığı verilib və məhsullar təcili şəkildə rəflərdən yığışdırılıb.

News24.az xəbər verir ki, Qida Standartları Agentliyi (FSA) açıqlamasında məhsulların etiketində göstərilməyən allergenlərin aşkarlandığını bildirib.

Qaydaları pozan məhsullar İngiltərənin "Calbee Group" şirkəti tərəfindən istehsal olunan Calbee Hot & Spicy Chips və Calbee Pizza Chips olub. Hot & Spicy Chips-də xardal, Pizza Chips-də isə kərəviz aşkar edilib, lakin bu məlumatlar etiketlərdə göstərilməyib.

Belə məhsullar həmin maddələrə qarşı allergiyası olan insanlarda ciddi sağlamlıq riski yarada bilər.