Yeni il gecəsi mindən çox avtomobil yandırıldı - Bu ölkədə

Yeni il gecəsi mindən çox avtomobil yandırıldı - Bu ölkədə Dünya

Fransada Yeni il gecəsi baş verən iğtişaşlar zamanı 1000-dən artıq avtomobil yandırılıb.

News24.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən il bu göstərici 984 olub. Bildirilib ki, gecə ərzində hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəfələrlə hücum edilib. Hadisələr əsasən ölkənin şimal və şərq bölgələrində qeydə alınıb, ən ciddi qarşıdurmalar isə Strasburq şəhərində yaşanıb. Baş verən hadisələrlə əlaqədar ümumilikdə 505 nəfər saxlanılıb.