Yermakın yerinə namizəd bəlli oldu
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ofisinin rəhbəri postuna namizədini seçib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna lideri açıqlama yayıb.
“Mən qərarımı vermişəm. Məlumat bir az sonra açıqlanacaq”, – deyə Zelenski qeyd edib.
O əlavə edib ki, gələn ilin əvvəlində regional dövlət administrasiyaları rəhbərlərində də dəyişikliklər planlaşdırılır.