Zaxarovadan Kiyevin ittihamlarına - CAVAB

Zaxarovadan Kiyevin ittihamlarına - CAVAB Dünya
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmu Kiyevin Odesaasadakı tarixi abidələrə hücumla bağlı ittihamlarına cavab verib.

News24.az-ın məlumatına görə, o deyib ki, Spaso-Priobrajensk kilsəsinin bombalanması Ukrayna tərəfinin məsuliyyətindədir.

M.Zaxarova həmçinin UNESCO-nu qərəzli mövqe tutmaqda ittiham edib:

"Bir daha UNESCO-nun Ukrayna məsələsinə qərəzli yanaşmasının şahidi olduq. Kiyev rejimi Yekaterinanın abidəsini sökəndə etiraz etməyən UNESCO-nun mədəni irsin qorunması barədə danışmağa haqqı yoxdur" - sitatın sonu.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ötən gecə Rusiya ordusunun Odessadakı tarixi abidələrə hücum etdiyi barədə bəyanat verib.