Zelenski ABŞ və Pentaqon nümayəndələri görüşdü

Zelenski ABŞ və Pentaqon nümayəndələri görüşdü Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın göndərdiyi nümayəndə heyəti və Pentaqonu təmsil edən şəxslərlə artıq ilkin görüşünü keçirib.

News24.az-ın məlumatına görə, bu barədə “RBK-Ukrayna” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, hazırda nümayəndələrlə daha geniş tərkibdə görüş keçirilir. Görüşdə son korrupsiya qalmaqalında adı hallanan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun da iştirak edəcəyi qeyd olunur.