Zelenski ABŞ-dan hərbi dəstəyi artırmağı xahiş edir
Dünya
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və Nümayəndələr Palatasında rəhbərlik dəyişikliyi səbəbindən Ukraynadakı münaqişəyə qlobal maraq azaldığından, Ukrayna rəsmiləri ABŞ-dən daha çox hərbi dəstək xahiş edir.
News24.az xəbər verir ki, bu fikirləri “Politico”-nun köşə yazarı Lara Zeliqman deyib.
Müəllif yazır: “Ukrayna ABŞ-dən Rusiyaya qarşı dəstəyi artırmağı xahiş edir”. Onun sözlərinə görə, bunu ötən həftənin sonunda Ukrayna rəsmiləri, hərbçiləri və müşavirlərindən ibarət nümayəndə heyətinin Vaşinqtona səfəri təsdiqləyir və bu səfər zamanı Ukrayna tərəfi silahlarla bağlı əlavə arzularını səsləndirib.
Zeliqmanın sözlərinə görə, Kiyev ABŞ Dəniz Piyadaları Korpusundan öz qoşunları üçün gəmi-sahil əməliyyatları üzrə təlim keçmək, əlavə hava hücumundan müdafiə sistemləri, həmçinin ATACMS taktiki raket sistemi tələb edib.
Zeliqman qeyd edir ki, İsraillə Fələstinin HƏMAS qruplaşması arasında münaqişə “diqqəti Kiyevin problemlərindən yayındırır”. Müəllif yazır ki, bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenski son vaxtlar köməyə çağırışlarını gücləndirib.
Akqabay