Zelenski dünyaya səsləndi: "Moskva paradına getməyin"

Zelenski dünyaya səsləndi: "Moskva paradına getməyin" Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edib.

News24.az xəbər verir ki, o, ənənəvi axşam videomüraciəti zamanı nümayəndələri mayın 9-da Moskavada paradda iştirak etməməyə çağırıb.

Zelenski qeyd edib ki, Rusiyaya mayın 6-da atəşi dayandırmaq və tam sükut rejiminə riayət etməyi təklif edib, lakin buna yeni zərbələrlə cavab alıb.

"Onlar Ukraynadan paradın keçirilməsi üçün icazə istəyirlər: ilin ərzində bir saat meydana rahat çıxmaq, amma sonra yenidən döyüşmək və bizim insanlarımızı öldürmək. Rusiyaya yaxın ölkələrin nümayəndələrinin Moskvaya səfər edəcəkləri barədə müraciətlər də var. Belə bir vəziyyətdə qəribə istəkdir. Mən məsləhət görməzdim", – o deyib.