Zelenski fövqəladə rejimi elan etdi: Kiyev üçün kritik plan işə düşür
Dünya
Ukraynada energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunacaq. Bu barədə ölkə Prezidenti Volodimir Zelenski açıqlama verib.
News24.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kiyevdə mövcud vəziyyətin koordinasiyası üçün xüsusi qərargah yaradılacaq. Əhalinin və icmaların dəstəklənməsi üzrə işlərin əlaqələndirilməsi energetika naziri Denis Şmıqala həvalə edilib.
Prezident həmçinin hökumətə soyuq hava şəraiti ilə əlaqədar komendant saatı qaydalarının yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq verib.
Bununla yanaşı, Kiyevdə “dayanıqlıq məntəqələri”nin sayının artırılması, eləcə də hazırda fəaliyyət göstərən məntəqələrin yoxlanılması göstərişi verilib.