Zelenski İsrailə gedə bilmədi: - "Yerusəlimin cəsarəti yoxdur"

Zelenski İsrailə gedə bilmədi: - "Yerusəlimin cəsarəti yoxdur" Dünya

Ukrayna prezidenti Volodimir Zelenski HƏMAS-ın hücumu ilə bağlı həmrəylik əlaməti olaraq İsrailə səfər etmək istəsə də, ona icazə verilməyib. Zelenskiyə bunun vaxtı olmadığı bildirilib.

News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya hücumundan sonra İsrail dəfələrlə Ukraynaya dəstəyini ifadə edib, amma hərbi yardım təklif etməyib, bu, Kiyev və Yerusəlim arasında diplomatik gərginliyə səbəb olub.

“İsrail Suriyada böyük hərbi varlığa malik Moskva ilə qarşı-qarşıya gəlməyə cəsarət etmədi”, - deyə nəşrin məqaləsində qeyd edilib.

Ayşən