Zelenski Londona səfər etdi
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.
News24.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, Ukrayna lideri Fransa Prezidenti Emmanuel Makron, Birləşmiş Krallığın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts arasında görüş olub.
Xatırladaq ki, daha əvvəl Makron açıqlamasında görüş barədə məlumat verib. Onun sözlərinə görə, bu görüşün məqsədi mövcud vəziyyəti qiymətləndirmək və ABŞ-nin vasitəçiliyi çərçivəsində aparılan danışıqların gedişini müzakirə etməkdir.