Zəlzələdən sonra vəba yayıldı: - 22 ölü...

Zəlzələdən sonra vəba yayıldı: - 22 ölü... Dünya
Suriyada zəlzələdən sonra vəba epidemiyası yayılıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, yayılan virusdan 22 nəfər həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF) ölkədə 35 mindən çox şübhəli hadisənin qeydə alındığını, orta hesabla cəmi 2500 nəfərin müayinə olunduğunu və onların təxminən yarısına vəba diaqnozu qoyulduğunu açıqlayıb.

Epidemiyanın zəlzələlərdən sonra içməli su və kanalizasiya infrastrukturunun zədələnməsi nəticəsində yayıldığı ehtimal edilir. 

Qumral Əliyeva