Zimbabvedə ölənlərin sayı 80-ə çatdı

Zimbabvedə ölənlərin sayı 80-ə çatdı Dünya

Zimbabvedəki Kariba gölündə bərənin aşması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Zimbabve polisi məlumat yayıb.

Qeyd edilir ki, avqustun 11-də güclü külək və dalğalanma nəticəsində bərə Kariba su anbarı ərazisində çevrilib:

"Gəminin göyərtəsində olan insanların ümumi sayı hələ də müəyyən edilməyib. Axtarış-xilasetmə əməliyyatı davam edir".