Azərbaycanda benzin - BAHALAŞACAQ?

Azərbaycanda benzin - BAHALAŞACAQ? Gündəm
"İctimai nəqliyyatda tariflərin artması birbaşa olaraq benzinin qiymətinin artmasına əsas yaratmır. Lakin uzunmüddətli dövrdə tələb və təklif olarsa, qiymətlərin bazarda optimallaşması istiqamətində proses gedə bilər". 

Bu sözləri News24.az-a açıqlamasında ictimai nəqliyyatda qiymət artımına münasibət bildirərkən iqtisadçı Rəşad Həsənov deyib. 

R. Həsənov bildirib ki, benzin və nəqliyyat bir-birini əvəz edən məhsul deyil. Bunlar tamamlayıcı məhsullardır. Bu baxımdan indiki şərtlər daxilində benzinin qiymətinin artacağını düşünmürəm.

Qumral Əliyeva