Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır - FOTO
Gündəm
Rusiya azərbaycanlı qadını axtarışa verib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, 39 yaşlı Şəfiqə Fərhadova terrorçuluq və qanunsuz silahlı qruplaşmalarda iştirak etməkdə təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib.