Nikahda soyad dəyişimi: Kişi qadının soyadını qəbul edir? - VİDEO
Gündəm
Xəbər verdiyimiz kimi, cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib.
Həmçinin 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını götürüb.
Kişilərin həyat yoldaşlarının soyadını qəbul etməsinin səbəbi nədir? Cəmiyyətdə onların bu addımına münasibət necədir?
Mövzu ilə bağlı RTV-nin əməkdaşı şəhər sakinləri arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik...
Gülçin Abdullayeva