13 yaşlı qız məhkəmə qarşısında - 109 cinayət törədib
Hadisə
Avstraliyada 13 yaşlı qız 109 cinayət əməli törətmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, ittihamlar arasında oğurluq, avtomobil qaçırma və velosipedçini qəsdən vurma da var.
Hadisədən üç dəqiqə sonra yeniyetmə internetdə insanı avtomobillə vurmağa görə hansı cəzanın verildiyini axtarıb, həmçinin yəhudilərin harada yaşadıqları ilə maraqlanaraq onları hədəf almağı planlaşdırıb.
Ən ağır cinayətlərdən biri 30 mart tarixində baş verib. Qız Melburne şəhərinin ətrafında oğurlanmış avtomobili idarə edərkən velosipedçini maşının qapısı ilə vurmağa çalışıb. İstintaqın versiyasına görə, mübahisədən sonra o, avtomobili 45 yaşlı kişinin üzərinə sürərək onu yerə yıxıb.
Müdafiə tərəfi qızın zaminə buraxılması üçün vəsatət qaldırsa da, bu rədd edilib.
Növbəti məhkəmə iclası üç həftədən sonra keçiriləcək və bu müddət ərzində yeniyetmə həbsdə saxlanılacaq. /The Age