14 yaşlı qızın bacısı da EVDƏN QAÇIB - YENİ FAKTLAR
Hadisə
Paytaxtda dəm qazından zəhərlənən 14 yaşlı qızın ailəsi ilə bağlı yeni detallar ortaya çıxıb.
News24.az xəbər verir ki, bu barədə qızın anası Kəmalə Ələkbərova bildirib.
“10 uşağım var. Bir oğlum dünyasını dəyişib. Bundan əvvəl də bir qızım evdən qaçıb. İki qızım qaçır – birini gətirirəm, o biri qaçır, onu gətirirəm, bu qaçır.”
Qeyd edək ki, ötən gün Bakıda 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib. Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib. (Kontekst.az)