15 yaşlı uşağın mədəsindən çıxanlar - ŞOKA SALDI

15 yaşlı uşağın mədəsindən çıxanlar - ŞOKA SALDI Hadisə

Kayseridə maraqlı hadisə baş verib.

News24.az xəbər verir ki, bir ailə övladının mədəsindən şikayət etdiyi üçün xəstəxanaya müraciət edib. 

Kayseri Şəhər Xəstəxanasında aparılan uşağın müayinə zamanı mədəsində 4 ədəd metal desert qaşığı və 1 ədəd mismar görünüb. 

Kayseri Şəhər Xəstəxanası Uşaq Cərrahiyyəsi və Urologiyası Kliniği Başçısı Dos. Dr. Mustafa Erman Dörterler və qrupu tərəfindən təxminən 2 saat davam edən əməliyyatda uşağın mədəsindəki qaşıq və mismar çıxarılıb. 

Xəstə müalicə olunduqdan sonra evə buraxılıb.

Məryəm İlhamqızı