17 yaşlı oğlan yıxılıb ağır xəsarət aldı

17 yaşlı oğlan yıxılıb ağır xəsarət aldı Hadisə

Abşeronda yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

News24.az xəbər verir ki, Mehdiabad qəsəbə sakini 2009-cu il təvəllüdlü Kənan Kərimov kənd ərazisində yıxılıb.

Bu zaman yerdə olan dəmir parçası onun qarın nahiyəsinə batıb.

Daxilə nüfuz edən xəsarət almış K.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hazırda araşdırma aparılır.