20 gün yolda qaldılar: yük maşınları ilə bağlı açıqlama verildi – Yeniləndi
Hadisə
Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.
News24.az xəbər verir ki, bu barədə "Report"un Gürcüstan bürosuna yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov deyib.
O qeyd edib ki, artıq praktiki proseslər başlayıb:
"Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlaşdırırlar. Görünür, artıq məsələ yoluna qoyulur. Avtomaşınlara vurulan möhürlər açılıb və sabah səhərdən avtomobillər yola düşəcəklər".
**
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.
News24.az xəbər verir ki, bu barədə "Report"un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.
Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.