22 yaşlı oğlanın faciəvi ölümü ilə bağlı şok detal – Deyilənlərə fikir vermədi, ölümü seçdi
Hadisə
Bir həftə əvvəl Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, saatda 160 kilometr sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil əvvəlcə “Toyota Prado”ya, daha sonra isə divara çırpılıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü, 22 yaşlı Ələsgər Ələsgərov hadisə yerində həyatını itirib. Avtomobildə onunla birlikdə olan qızlar isə ağır xəsarətlər alıblar.
Məlumata görə, Ələsgər Ələsgərov avtomobili daim yüksək sürətlə idarə edir və yol hərəkəti qaydalarını tez-tez pozurmuş. O, bu davranışlarını sosial şəbəkə hesabında da paylaşırmış. Bir çox istifadəçi ona xəbərdarlıq edərək, sürət həddinə və qaydalara riayət etməsini tövsiyə etsə də, gənc sürücü bu iradlara məhəl qoymayıb.
Qeyd olunur ki, hadisə ərazidə quraşdırılmış müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.
Ələsgər Ələsgərovun idarə etdiyi avtomobilin və paylaşdığı şərhin fotosu təqdim edirik:
Yaşar Araz