27 yaşlı gənc mənzilində ölü tapıldı

27 yaşlı gənc mənzilində ölü tapıldı Hadisə

Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən keçmiş “Kür” mehmanxanasının köhnə binasında qeydə alınıb.

Bildirilir ki, burada müvəqqəti məskunlaşan 1999-cu il təvəllüdlü Murad Şirinov yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)