3 uşağını qətlə yetirən ata öldü - FOTOlar

3 uşağını qətlə yetirən ata öldü - FOTOlar Hadisə

İzmirdə Vesim Şimşək (45) övladları Hiranur (11), Cemre (4), Ceylin (2) və Niranı (14) səhər saatlarında dağlıq əraziyə aparıb.

News24.az xəbər verir ki, 4 övladının hamısını tapança ilə vuran Vesim Şimşək daha sonra eyni silahla öz başından vurub.

Uşaqlar Cemre, Ceylin və Nira həyatını itirib, ağır yaralanan Hiranur və Vesim Şimşək isə sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

Müalicə olunan Vesim Şimşəkin həyatını xilas etmək mümkün olmayıb və bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı başladılan istintaq davam edir.

Günel Məlikzadə

3 uşağını qətlə yetirən ata öldü - FOTOlar