Bakıda körpüdə zəncirvarı qəza tıxac yaratdı
    • 4-04-2020, 09:29
    • 694

Bakıda körpüdə zəncirvarı qəza tıxac yaratdı

Bakıda yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, hadisə bu gün səhər Babək və Qara Qarayev prospektlərinin kəsişməsində qeydə alınıb.
Həmin ərazidəki körpünün üzərində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən də hazırda qeyd edilən hissədə nisbətən sıxlıq müşahidə olunur.