4 avtomobil bir-birinə çırpıldı
Hadisə
İstanbulda 3 minik maşını ilə bir kamyonetin toqquşması ilə nəticələnən zəncirvari yol qəzasının ardından hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
News24.az xəbər verir ki, yolun 2 zolağının hərəkətə bağlanması səbəbindən sıxlıq yaranıb.
Qəzada yüngül yaralanan şəxsə müdaxilə edilib.
Qəzadan sonra nəqliyyat vasitələri yoldan çıxarılaraq trafik axını normallaşıb.
Günel Məlikzadə