4-cü sinif şagirdi qəflətən öldü - Foto

4-cü sinif şagirdi qəflətən öldü - Foto Hadisə

Bakıda məktəbli qəfil vəfat edib.

News24.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.

211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

****

Fevralın 12-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Xanım Cavanşirqızı

4-cü sinif şagirdi qəflətən öldü - Foto