41 yaşlı fermeri “tok” vurub öldürdü

41 yaşlı fermeri “tok” vurub öldürdü Hadisə

Masallı rayonunda 41 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


“Qafqazinfo”nun məlumatına görə, hadisə Masallı rayonunun Qasımlı kəndi ərazisində baş verib.


Belə ki, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərov özünə məxsus fermanın həyətində iş görərkən dəmir çəpərdə elektrik cərəyanı vurub.


Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.