Azyaşlı kimyəvi maddədən ZƏHƏRLƏNDİ
    • 30-05-2020, 20:54
    • 697

Azyaşlı kimyəvi maddədən ZƏHƏRLƏNDİ

Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

News24.az xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib./APA