44 yaşlı vəzifəli şəxsin ölüm səbəbi məlum oldu

44 yaşlı vəzifəli şəxsin ölüm səbəbi məlum oldu Hadisə

Mingəçevir Dövlət Universitetinin kafedra müdiri, dosent Mehdi Nizami oğlu Rəhimovun ölüm səbəbi məlum olub.

News24.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, o, bir müddət imiş ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Beynində şiş aşkarlanan 44 yaşlı vəzifəli şəxs xeyli müddət imiş müalicə alırmış.

Lakin tibbi müdaxilələrə baxmayaraq aprelin 5-də o dünyasını dəyişib.

Yaşar Araz