4,7 milyon sosial media hesabı bağlandı

4,7 milyon sosial media hesabı bağlandı Hadisə

Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun qüvvəyə mindikdən sonra 4,7 milyon hesab deaktiv edilib.

News24.az xəbər verir ki, "Facebook", "Instagram", "TikTok", "Snapchat" və "YouTube" qaydalara uyğun olaraq azyaşlılara məxsus hesabları bağlayıb. Qadağaya əməl etməyən platformaları 33 milyon dollara qədər cərimə gözləyir.

Qeyd edək ki, qanun 10 dekabrdan tətbiq olunur.