5 yaşlı uşaq dərəyə düşərək həyatını itirdi

5 yaşlı uşaq dərəyə düşərək həyatını itirdi Hadisə

Vanın Gürpınar rayonunda dərəyə düşən 5 yaşlı uşaq boğularaq ölüb.

News24.az xəbər verir ki, dünən günorta saat 15:00 radələrində Ramazan bayramı üçün gəzintiyə çıxan ikisi qardaş 3 uşaq məhəllədə dərənin kənarında oynayarkən Berkcan Karakoç (5) qəfil müvazinətini itirərək dərəyə düşüb.

Berkcanın meyiti məhəllə sakinləri tərəfindən 3 kilometr aralıda tapılıb.

Qeyd edək ki, Berkcan Karakoçun cəsədi daha sonra Van YYÜ Universiteti Dursun Odabaşı Tibb Mərkəzində edilən yarılmadan sonra ailəsinə təhvil verilib.

Günel Məlikzadə