5,7 bal gücündə zəlzələ baş verdi
Hadisə
Panamanın Çiriki əyalətində, Kosta-Rika ilə sərhəddə yerləşən Puerto Armuellesdə 5,7 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Puerto Armuellesdən 7 kilometr cənub-şərqdə və yerin 3 kilometr dərinliyində baş verdiyini açıqlayıb.
Zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Günel Məlikzadə