68 yaşlı kişi həyat yoldaşını və gəlinini bıçaqladı

68 yaşlı kişi həyat yoldaşını və gəlinini bıçaqladı Hadisə

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Rəvan Sərdar oğlu Hüseynov həyat yoldaşı Beşdəli kənd sakini, 1964-cü il təvəllüdlü Aidə Məhəmməd qızı Hüseynova və gəlini, 1983-cü il təvəllüdlü Lətafət Muxtar qızı Hüseynovanı bıçaqlayıb.

Yaralılar bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

R.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)