7.1 bal gücündə zəlzələ oldu

7.1 bal gücündə zəlzələ oldu Hadisə


Çinin cənub-qərbindəki Tibet Muxtar Rayonunda, Nepalla sərhəddə 7,1 maqnitudalı zəlzələ olub.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km aralıda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilməyib.