818 cinayətkar qrup zərərsizləşdirilib - Azərbaycanda

818 cinayətkar qrup zərərsizləşdirilib - Azərbaycanda Hadisə
Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. 

News24.az-ın xəbərinə görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib. 

O bildirib ki, qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.