82 yaşlı qadın binadan yıxıldı

82 yaşlı qadın binadan yıxıldı Hadisə
Bakıda qadın ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.