ABŞ-də azərbaycanlı gənc itkin düşdü

ABŞ-də azərbaycanlı gənc itkin düşdü Hadisə

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.

Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.

Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.

Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir. (Report)

ABŞ-də azərbaycanlı gənc itkin düşdü