Abşeronda gənc oğlan dənizdə batıb

Abşeronda gənc oğlan dənizdə batıb Hadisə
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az- verilən məlumata görə, Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.