Ağdərədə 37 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi

Ağdərədə 37 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi Hadisə

Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilir ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.