Aeroport yolundakı qəza sıxlığa səbəb oldu
Hadisə
Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.