Ağ Şəhərdəki parkda meyit tapıldı

Ağ Şəhərdəki parkda meyit tapıldı Hadisə

Bakı şəhəri Xətai rayonunda, Ağ şəhər massivində ictimai yerdə meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 4-ü saat 08 radələrində Mərkəzi Bulvar küçəsi 3-də yerləşən parkda naməlum kişi meyiti aşkar olunub.

Ölən şəxsin Göyçay rayon sakini 1975-ci il təvəllüdlü Nazir Nadir oğlu Salmanov olması bəlli olub.

Ölümün səbəbi hələlik bilinmir.

Araşdırma aparılır. 


Yaşar Araz