Ağcabədidə bir yaşlı uşağın ölüb səbəbi MƏLUM oldu - Rəsmi
Hadisə
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında vəfat edən bir yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib ki, yanvarın 13-də saat 23.30 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) qıcolma spazması diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə hospilitasiya olunub:
Daha sonra yanvarın 14-ü azyaşılının valideyinləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Yanvarın 16-sı saat 11:40 radələrində azyaşlı yenidən yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində azyaşlının müalicəsinə başlanılıb və müsbət dinamika müşahidə olunub.
Yanvarın 25-i azyaşlıda yenidən qıcolmalar müşahidə olunub. Dərhal mütəxəssislərlə konsilium aparılıb. Lakin aparılan müalicə və reanimasiya tədbirlərinə baxmayaraq həmin gün saat 19:30 radələrində azyaşlının ölüm faktı qeydə alınıb".