Ağcabədidə qəza: 1 ölü, 4 yaralı

Ağcabədidə qəza: 1 ölü, 4 yaralı Hadisə

Ağcabədidə yol qəzası baş verib.

News24.az xəbər verir ki, Qayğı qəsəbəsində “VAZ” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə sürücü Bakir Quliyev hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər – Habil Həsənov (1980), Polad Həsənov (2008), Murad Həsənov (2013) və Razi Həsənov (2014) xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.