Ağdam sakini toyuq dərmanından zəhərləndi

Ağdam sakini toyuq dərmanından zəhərləndi Hadisə

Ağdam rayonunda qadın bir neçə gün əvvəl ev quşlarına verilən dərmandan zəhərlənib.

News24.az xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüdlü Elnarə Bədəlova bu gün Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır.

İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıqdan baş verib. (Qafqazinfo)