Ağdamda qəza: ata və oğlu yaralandı

Ağdamda qəza: ata və oğlu yaralandı Hadisə

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Elmin Muradov idarə etdiyi “Lada Granta” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və onun oğlu Əfrahim Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə qəza azad olunmuş əraziləri  gəzməkdən qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)